Partnyor proqramı

Posveo ilə qazan — hər müştəridən davamlı gəlir

Restoranlarla işləyirsən? Onlara Posveo təklif et, biz qoşulan hər restoranın abunə ödənişindən sənə davamlı komissiya verək — bir dəfəlik yox, müştəri qaldıqca hər ay.

Kimlər üçündür?

Mühasiblər və konsultantlar

Restoran müştərilərinə onsuz da hesabat sistemi lazımdır. Posveo təklif et — müştərin nizamlı data alsın, sən komissiya qazan.

Avadanlıq satıcıları

Printer, kassa aparatı, planşet satırsan? Cihazla birlikdə proqramı da sat — quraşdırma xidmətinlə birlikdə tam paket təklif et.

IT və marketinq şirkətləri

Restoranlara sayt, reklam və ya IT xidməti verirsən? Portfelinə hazır POS həlli əlavə et — inteqrasiya üçün API də var.

Necə işləyir?

Bizə yaz — 1 günə partnyor razılaşması bağlayaq və sənə fərdi promo-kod verək.

Restorana Posveo-nu göstər (demo hesabı və təqdimat materiallarını biz veririk).

Restoran sənin kodunla qoşulan andan abunə ödənişlərindən komissiyan hər ay hesabına köçür.

Partnyor olmaq istəyirsən?

Bir mesaj kifayətdir — şərtləri açıq danışaq.

👋 Sualın var? Cavablayım